16:14 - 28.12.2017
28 dekabr, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC, metronun “Sahil” stansiyasının bağlanılmasından sonra, növbəti stansiyanın əsaslı təmirə bağlanılmasına hazırlaşır.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, 2018-ci ildə “Xətai” stansiyasının təmirə bağlanılması planlaşdırılır.
“Xətai” metro stansiyası 1968-ci ildə istifadəyə verilib. Buradakı eskalatorlar da 1968-ci ildə quraşdırılıb. Gələn il həmin eskalatorlar 50 illik istismar müddətini başa vuracaq, bu səbəbdən, 2018-ci ildə “Xətai” stansiyası təmirə bağlanacaq”, - deyə N.Paşayev bildirib.
Onun sözlərinə görə, təmir işlərinə, “Sahil” stansiyası yayda istifadəyə verildikdən sonra başlanılması nəzərdə tutulur.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026