13:13 - 28.12.2017
28 dekabr, Fineko/abc.az. Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu (AƏSF) “Dəmir Bank” ASC-nin ləğvedicisi təyin edilib.
Fondun məlumatında deyildiyi kimi, “Dəmir Bank” ASC-nin müflis olması və bankın iflas proseduruna başlanması haqqında elan edən Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə, AƏSF ləğvedici təyin edildi.
Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası bankın kapitallaşma səviyyəsinə uyğun olmaması və müştərilər qarşısında öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən, onun lisenziyasının dekabrın 23-dən ləğv edilməsini elan etmişdir.