Kripto tarixinin ən böyük kiberhücumları açıqlandı

15:24 - 30.10.2026


30 Oktyabr, Fineko/abcnews. Kriptovalyuta bazarı tarixinin ən böyük təhlükəsizlik krizislərindən biri ilə üzləşib. Ən iri birja olan "Binance" platformasından təxminən 6,3 milyard dollar dəyərində aktivin kənarlaşdırıldığı müəyyən edilib. Hadisə ilə bağlı araşdırmalar davam edərkən, tərəfdaşların köməyi ilə 3 milyard dollara yaxın vəsait dondurulub.

Sənaye tarixində baş vermiş ən böyük 8 kiberhücum aşağıdakı kimi sıralanır:

  1. Binance (Oktyabr 2026): 6,3 milyard dollar (Tarixin ən böyük hücumu; ~3 milyard dolları dondurulub).
  2. Bybit (Fevral 2025): 1,46 milyard dollar (Ethereum cüzdanından 401 min ETH oğurlanıb).
  3. Ronin Network (Mart 2022): 625 milyon dollar (173,6 min ETH və 25,5 mln USDC ele keçirilib).
  4. Poly Network (Avqust 2021): 611 milyon dollar (Vəsaitlərin demək olar ki, tamamı sonradan qaytarılıb).
  5. BNB Chain (Oktyabr 2022): 586 milyon dollar (Təxminən 100 milyon dolları başqa şəbəkələrə keçirilib, qalanı bloklanıb).
  6. Coincheck (Yanvar 2018): 530 milyon dollar (523 milyon ədəd NEM tokeni mənimsənilib).
  7. FTX (Noyabr 2022): 477 milyon dollar (İflas prosesi zamanı yetkisiz köçürmələr edilib).
  8. Mt. Gox (2011-2014): 450-500 milyon dollar (Kripto bazarının ilk böyük təhlükəsizlik krizislərindən biri).(Əlavə olaraq, 2026-cı ilin sentyabrında "Bitget" platformasında 350-388 milyon dollarlıq təhlükəsizlik insidenti qeydə alınıb).