Maaş kartında böyük azadlıq: Vətəndaşa hansı üstünlükləri qazandıracaq?

15:19 - 30.10.2026


30 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun açıqlamasına əsasən, muzdla çalışan şəxslər əməkhaqqını heç bir rüsum ödəmədən istədikləri bank kartı vasitəsilə ala biləcəklər.

Məsələni şərh edən bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki, işçilərin müəyyən banklara məcbur edilməsi qanunaziddir və gələn ilin aprelindən elektron tətbiqlər vasitəsilə vətəndaşlar hansı bankla çalışacağını özləri sərbəst seçəcəklər.

Bu yenilik vətəndaşlara xidmət keyfiyyəti və tarifləri daha uyğun olan bankı seçmək imkanı yaratmaqla yanaşı, kredit borcuna görə əməkhaqqından məhkəməsiz tutulma hallarının da qarşısını alacaq.

Bütövlükdə isə qərar bank sektorunda monopoliyanın zəifləməsinə, kiçik və orta bankların inkişafına, sağlam rəqabətin artmasına və hətta kredit faizlərinin aşağı düşməsinə müsbət təsir göstərəcək. Ekspert bu qaydanın gələcəkdə pensiya ödənişlərinə də tətbiq olunmasının vacibliyini vurğulayıb.