17:19 - 26.12.2017
26 dekabr, Fineko/abc.az. İran avtomobilləri Azərbaycanda yerli adlarla buraxılacaq.
Azərbaycanda yerli avtomobil istehsalını planlaşdıran “AzərMaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov Fineko/abc.az İnformasiya Agentliyinə bildirib ki, İran avtomobilləri Azərbaycanda yerli adlarla buraxılacaq.
“İlk növbədə zavodda "Dena", "Runna", "Soren" və "Samand" avtomobilləri yığılacaq, lakin avtomobillərin adları dəyişdiriləcək. Beləliklə, avtomobillər İran brendi ilə deyil, Azərbaycanın milli brendi ilə buraxılacaq”, - deyə E.Axundov bildirib.
Onun sözlərinə görə, modellərin adları hələ dəqiqləşdirilməyib.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026