11:38 - 31.01.2020
31 yanvar, Fineko/abc.az. Yanvar ayında Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyib.
ABC.AZ xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə həsr edilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirb.
O qeyd edib ki, yanvar ayında Dövlət Neft Fondu 240 milyon dollar vəsaiti sata bilməyib. Ölkənin baş bankiri manatın məzənnəsinə də toxunaraq manatın məzənnəsinin bahalaşma təzyiqi altında olduğunu vurğulayıb.
Müəllif: Elmir Murad
25 Avqust 2026