13:12 - 26.12.2017
26 dekabr, Fineko/abc.az. Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçid haqqında elan edib.
Komleksin məlumatında deyildiyi kimi, avtovağzal gücləndirilmiş iş rejimində dekabrın 24-dən 2018-ci ilin yanvarın 4-nə qədər işləyəcək.
«Bu tədbirlər, bayram ərəfəsində yarana biləcək sərnişin axınına xidmət göstəmək məqsədilə görülmüşdür”, - məlumatda belə deyilir.
Hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsi ilə təxminən 8,5-9 min sərnişin yola salınırsa, bayram ərəfəsində 650-700-dən yuxarı reyslə 16-17 mindən çox sərnişin daşınması nəzərdə tutulur.
Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026