Azərbaycanda kredit faizləri aşağı salınacaq? - Baş Nazirdən tapşırıq

16:50 - 29.01.2020


29 yanvar, Fineko/abc.az. Azərbaycanda şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək.

ABC.AZ xəbər verir ki, sözügedən məsələ Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Belə ki, Mərkəzi Bank 2020-ci ilin iyul ayınadək bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarəti gücləndirməlidir.

Bununla yanaşı Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyinə 2020-ci ilin sonunadək bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Müəllif: Elmir Murad