16:55 - 9.12.2019
9 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiq olunub.
Prezident İlham Əliyev dekabrın 9-da “Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Neft Fondu Müşahidə Şurasının bu tərkibdə təsdiq edilib: Azərbaycan Respublikasının Baş naziri, Milli Məclis sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankının sədri.
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026