11:48 - 9.12.2019
9 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 9 dekabr tarixində keçirilən hərracda Mərkəzi Bank 150 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 800,6 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdir. Vəsaitlər 14 gün müddətinə cəlb edilib”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026