09:05 - 12.11.2019
12 noyabr, Fineko/abc.az. Rabitəbank rebrendinq edəcək.
ABC.AZ-ın əldə etdiyi məlumata görə, bununla bağlı bankda artıq son tamamlanma işləri həyata keçirilir. Bank rebrendinqi noyabrın 19-da xüsusi tədbirlə ictimaiyyətə təqdim edəcək. Əldə etdiyimiz başqa bir məlumata görə, Rabitəbank həmin tarixdə, həm də bazara yeni məhsulunu da təqdim edəcək.
Qeyd edək ki, Rabitəbanka 1993-cü ilin 30 iyununda bank əməliyyatlarının aparılması üçün Azərbaycan Resrublikası Milli Bankı tərəfindən lisenziya verilib
Müəllif: Elmir Murad
18 Avqust 2026