16:24 - 30.10.2019
30 oktyabr, Fineko/abc.az. “Rabitəbank” bu ilin yanvar-sentyabr ayları (9 ay) üçün maliyyə vəziyyətini açıqlayıb.
ABC.AZ xəbər verir ki, hesabata əsasən, 9 ayın nəticələrinə görə, bankın cəmi aktivləri 653 milyon 732 min manat olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 milyon 426 min manat və ya 0,36% azdır. İllin əvvəli ilə müqayisədə isə bankın aktivləri 118 milyon 380 min manat və ya 15,33% azalıb.
Sözügedən dövrdə azalan təkcə bankın aktivləri olmayıb. Belə ki, hesabat dövründə bankın öhdəlikləri də 12 milyon 896 min manat və ya 2,26% azalaraq 556 milyon 272 min manat olub.
Müəllif: Elmir Murad
19 Avqust 2026
18 Avqust 2026