12:24 - 24.10.2019
24 oktyabr, Fineko/abc.az. 2019-cu ilin üçüncü rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım tempini qoruyub.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat bankın açıqladığı maliyyə hesabatında qeyd olunub. Belə ki, adıçəkilən bankın bu ilin sentyabr ayının sonuna aktivlərinin həcmi ötən ilin sonu ilə müqayisədə 169.19 mln manat (8,43%) artaraq 217 milyon 7 min manata çatıb. Hesabata əsasən bankın müştərilərə verilən kreditlərinin həcmi 192 milyon 17 min manat (13,9%) artaraq 1 54 milyon 7 min manat təşkil edib. Müştərilərdən cəlb olunan depozitlərin həcmi də artıb. Belə ki, sözügedən dövrdə bankın müştərilərdən cəlb etdiyi depozitlər 12,73% artaraq 1 41 milyon 9 min manata çatıb.
Qeyd etmək lazımdır ki, bankın maliyyə-təsərrüfat fəaliyyətində müşahidə olunan müsbət trend, əsasən gəlir gətirən aktivlərin diversifikasiyası, yeni müştərilərin cəlb olunması, əməliyyat gəlirlərinin artırılması və xərclərin optimallaşdırılması nəticəsində yaranıb.
Müəllif: Elmir Murad
18 Avqust 2026