16:55 - 22.10.2019
22 oktyabr, Fineko/abc.az. Kriptovalyuta bazarında elektron pulların qiymətlərində dəyişiklik müşahidə olunub.
ABC.AZ xəbər verir ki, daha çox alınıb-satılan 6 elektron puldan 3-ü bahalaşarkən, 3-ü dəyər itirib. Ən çox bahalaşan Bitcoin Sv, ən çox ucuzlaşan isə Ethereum olub. 5 faizə yaxın bahalaşan Bitcoin SV-yə maraq da artıb.
Kriptovalyuta bazarındakı qiymətlərə təqdim etdiyimiz cədvəldən tanış ola bilərsiniz.
| Kriptovalyuta | Qiyməti | Artıb-azalması |
| Bitcoin | $8 274,88 | 0,14% |
| Ethereum | $174,05 | -1,74% |
| Bitcoin Cash | $230,85 | -0,71% |
| Tether | $1,01 | 0,15% |
| TRON | $0,015553 | -0,71% |
| Bitcoin SV | $109,67 | 4,12% |
18 Avqust 2026