11:59 - 16.10.2019
16 oktyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, yanvar-sentyabr aylarında ölkədən 1 milyard 455 milyon 380 min kilovat/saat elektrik enerjisi ixrac olunub.
Qeyd olunur ki, cari ildə ixrac olunan elektrik enerjisinin dəyəri 62 milyon 947 min dollar təşkil edib.
Xatırladaq ki, ötən ilin eyni dövründə 1 milyard 266 milyon 198 min kilovat/saat elektrik enerjisi ixrac edilmiş, həmin ixracın dəyəri isə 59 milyon 637 min dollar olmuşdu.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026