12:49 - 14.10.2019
14 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 14 oktyabr tarixində hərracda Mərkəzi Bank 150 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 582,8 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir. Vəsaitlər 14 gün müddətinə cəlb edilib”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.
18 Avqust 2026