Debet kartından hansı halda xidmət haqqı tutulmur?

15:12 - 7.10.2019


7 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi ABC.AZ olaraq mütəmadi bank sektorundakı fəaliyyət növləri barədə maarifləndirici məlumatlar veririk.

Bu dəfə debet kartın funksiyalarından xəbər verəcəyik. Çoxları bəzən debet kartı emissiya edən banka məxsus bankomatdan pul vəsaiti çıxaran zaman ondan xidmət haqqı tutulub-tutulmadığından məlumatsız olur.

Bəs əslində məsələ necədir, debet kartı emissiya edən banka məxsus bankomatdan pul vəsaiti çıxaran zaman ondan xidmət haqqı tutulurmu?

Debet kartı emissiya edən banka məxsus bankomatdan pul vəsaiti çıxarıldığı halda, debet kart istifadəçisindən heç bir xidmət haqqı tutulmur. Lakin istifadəçi digər bankın (və ya prossesinq mərkəzinin) ölkə daxili və ya xarici bankomatından pul vəsaiti çıxarıdıqda müəyyən xidmət haqqı tutula bilər. Debet kartlar əsasən sosial yönümlü layihələr (əmək haqqı, pensiya və müavinət və s.) üçün emissiya edilir.

Müəllif: Elmir Murad