Mərkəzi Bankın Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilib

16:54 - 4.10.2019


4 oktyabr, Fineko/abc.az.  4 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Mərkəzi Bankın 50302576S dövlət qeydiyyat nömrəli, 30 mln. manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Bu barədə ABC.AZ saytına BFB tərəfindən məlumat verilib.
Qeyd olunur ki, hərrac zamanı 9  investor tərəfindən qiymət intervalı  96.9681 AZN (6.70%) və 97.3647 AZN (5.80%) olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 117,325,000.00 AZN olmuşdur.

 Mərkəzi Bankın qərarına əsasən notların kəsmə qiyməti 97.2145AZN (6.14%), orta ölçülmüş qiyməti 97.2514AZN (6.06%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi  30 mln. AZN təşkil etmişdir.   Notların ödəmə tarixi: 23.03.2020