10:20 - 1.10.2019
1 oktyabr, Fineko/abc.az. Bank sektorunun kapital mövqeyi qənaətbəxşdir.
ABC.AZ xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) belə hesab edir. Sektorun qənaətbəxş olduğu Palatanın açıqladığı 2019-cu ilin avqust ayı üzrə bankların icmal göstəricilərində qeyd olunub.
Belə ki, məcmu kapital 4,161.7 mln. manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 14.9% çoxdur. Balans kapitalı avqust ayı ərzində 0.7% (30.6 mln. manat) artaraq 4,613.6 mln. manat olub. Avqust ayında bankların əməliyyat mənfəəti 17.3% (81.9 mln. manat) artaraq 554.3 mln. manat, xalis mənfəəti isə 13.8% (55.9 mln. manat) çoxlaraq 462.1 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.5%, kreditlər üzrə faiz gəlirləri isə 14.3% artıb.
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026