Fiziki şəxslərin banklara qoyduğu müddətli əmanətləri artıb – 80 Milyon

10:10 - 1.10.2019


1 oktyabr, Fineko/abc.az. 2019-cu ilin avqust ayında fiziki şəxslərin əmanətləri 8,456.9 mln. manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) açıqladığı 2019-cu ilin avqust ayı üzrə bank sektorunun icmal göstəricilərində qeyd olunub. Ay ərzində fiziki şəxslərin müddətli əmanətləri 1.5 % (79.7 mln. manat) artaraq 31 avqust 2019-cu il tarixinə 5,437.1 mln. manat qeydə alınıb. Əvvəlki ayla müqayisədə fiziki şəxslərin xarici valyutada müddətli əmanətləri 0.8% (24.8 mln. manat), milli valyutada isə 2.3% (54.9 mln. manat) artıb.

Hüquqi şəxslərin cəmi depozitləri avqust ayında 0.3% (30.3 mln. manat) artaraq 10,603.4 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 1.3% (32.2 mln. manat) artaraq 2,543.0 mln. manat təşkil edib.

 

Müəllif: Elmir Murad