16:19 - 27.09.2019
27 sentyabr, Fineko/abc.az. Cari ilin səkkiz ayında Azərbaycana dünyanın 190 ölkəsindən 2138,7 min və ya 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,2 % çox əcnəbi gəlib. Bu ilin avqust ayında ölkəyə gələn xarici vətəndaşların sayı 13,2% artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 137,4 milyon manat təşkil edib.
ABC.AZ xəbər veiriki bu barədə “İxrac İcmalı”nın sentyabr sayında göstərilib.
Ümumilikdə isə 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları ilə apardıqları əməliyyatların dəyəri 862,9 milyon manat təşkil edib.
17 Avqust 2026
15 Avqust 2026