12:16 - 4.10.2017
Azərbaycanın kommersiya bankı olan PAŞA Bank problemli kreditlərin səviyyəsinin enməsini proqnozlaşdırır.
Bankın İdarə Heyətinin üzvü Xəyalə Nağıyeva mətbuat konfransında deyib ki, 2016-cı ilin yekunlarına görə, bankın ümumi portfelində problemli kreditlərin payı 12% təşkil edib.
“Birinci yarımilliyin yekunları üzrə, problemli kreditlərin həcmi, inşaat sektoruna cəlb olunan şirkətlərə daha öncə verilmiş kreditlərin hesabına, 13,1%-ə qədər artdı”, - deyərək X. Nağıyeva bildirdi.
Onun sözlərinə görə, hal-hazırda bu şirkətlər xarici investisiyaların cəlb edilməsi üzərində çalışırlar və, bununla bağlı, ilin sonuna qədər həmin müştərilərin fəaliyyətinin bərpası hesabına, problemli kreditlərin səviyyəsinin enməsi gözlənilir.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026