09:44 - 16.07.2019
16 iyul, Fineko/abc.az. Dövlət Neft şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ENOC şirkətinin (BƏƏ) sədr müavini Şeyx Səid Məhəmməd Əl Tayer ilə görüş keçirmişdir.
SOCAR-ın məlumatında deyilir ki, Rövnəq Abdullayev şirkətin həyata keçirdiyi yerli və beynəlxalaq layihələr haqqında ətraflı məlumat vermişdir.
Şeyx Səid Məhəmməd Əl Tayer SOCAR-ın fəaliyyətini daim yaxından izlədiklərini qeyd etmişdir.
“Görüşdə SOCAR və ENOC şirkətləri arasında treydinq üzrə əməkdaşlıq və müxtəlif layihələrə sərmayə yatırımları imkanları, eləcə də perspektivlər müzakirə olunmuşdur”, - məlumatda belə deyilir.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026