15:50 - 2.07.2019
2 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 1 iyul 2019-cu il tarixinə pul bazasının həcmini açıqlayıb.
AMB-nin məlumatına görə, 1 iyul 2019-cu il tarixinə Azərbaycanda pul bazasının həcmi 10 376,9 mln. manat təşkil edir ki, bu da iyunun 1-nə olan göstəricidən 2% və ya 204,5 mln. manat çoxdur.
30 dekabr 2018-ci il tarixinə Azərbaycanda pul bazası 9 545,7 mln. manat təşkil edib. Beləliklə, yarım il ərzində pul bazası 831,2 mln. manat (8,7%) artıb.
2018-ci ildə pul bazasının artımı 12% və ya 1002,5 mln. manat təşkil edib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026