15:36 - 2.07.2019
2 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2019-cu ilin yanvar-iyun aylarında 5,6% artıb.
AMB-nin məlumatına görə, 1 iyul 2019-cu il tarixinə valyuta ehtiyatları $5939,4 mln., yanvarda isə $5625,7 mln. təşkil edib.
2019-cu ilin iyun ayında AMB-nin valyuta ehtiyatları $68,5 mln. (1,2%) artıb.
2018-ci ildə AMB-nin valyuta ehtiyatları 5,4% artıb. 2017-ci ildə valyuta ehtiyatları 34,2% artıb.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026