15:06 - 28.06.2019
28 iyun, Fineko/abc.az. İyunun 28-də Qax rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu dəstəsyi ilə işgüzar forum keçirilib.
Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, bu ilin ötən dövründə 493 sahibkarın ümumi dəyəri 176,5 milyon manat olan investisiya layihələrinə 47,9 milyon manat güzəştli kredit verilib, bu investisiya layihələrinin reallaşdırılmasının 1800-dən çox iş yerinin yaradılmasına imkan verib.
İşgüzar forum çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 23 sahibkara 1,5 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, turizm, heyvandarlıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir.
Bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda sahibkarlıq subyektlərinin 2400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 118,1 milyon manat güzəştli kredit verilib.
Qeyd edilib ki, turizmin inkişafı ilə bağlı 201 investisiya layihəsinin maliyyələşdirilməsinə 46,3 milyon manat dövlətin güzəştli krediti verilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026