17:31 - 13.05.2019
13 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə növbəti ixrac missiyası Çin Xalq Respublikasının Şanxay şəhərinə təşkil olunub.
Mayın 13-18-ni əhatə edən missiyaya qida, şərab və digər spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərən 13 Azərbaycan şirkəti daxildir.
Missiya çərçivəsində Çinin Yivu və Şanxay şəhərlərində Azərbaycan sahibkarları ilə Çin iş adamları arasında ikitərəfli görüşlər keçiriləcəkdir.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026