12:08 - 6.05.2019
6 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 6 may tarixində hərracda Bank 150 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 633,9 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
AMB depozit hərraclarının keçirilməsini 2016-cı ilin oyun ayından başlayıb.
17 Avqust 2026
15 Avqust 2026