11:49 - 28.02.2019
28 fevral, Fineko/abc.az. “AtaBank”da yeni departament yaradılıb.
Bankdan verilən məlumata görə, “AtaBank”da Biznesin İnkişafı Departamenti yaradılıb.
“Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsinə Oruc İbrahimov təyin edilib. Oruc İbrahimov “AtaBank” ASC-də 2012-ci ildən müxtəlif vəzifələrdə çalışıb, son 2 il ərzində sözü gedən bankın Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsini icra edib”, - məlumatda belə deyilir.