10:12 - 19.02.2019
19 fevral, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,59 dollar (0,87%) yüksəlib.
Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,65 dollar təşkil edir.
Bazar ertəsi Prezident Günü münasibətilə Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI üzrə ticarət keçirilməmişdir. Cümə günü, fevralın 15-də keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti 1,18 dollar yüksələrək bir barelə 55,59 dollar təşkil etmişdir.
WTI-də mart ayının fyuçersi saat 9:00-da 0,17 dollar (0,31%), bir barelə 55,76 dollara qədər artmışdır.
Bazar ertəsi günü Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel ayının müqavilələri 0,25 dollar (0,38%) artaraq bir barelə 66,50 dollar təşkil etmişdir.
Saat 9:00-da onun qiyməti 0,29 dollar (0,44%) azalaraq bir barelə 66,21 təşkil etmişdir.