10:06 - 7.02.2019
7 fevral, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,60 dollar (0,94%) yüksəlib.
Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,38 dollar təşkil edir.
6 fevral tarixində Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin sessiyası nəticəsində, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti 0,35 dollar (0,65%) yüksələrək bir barelə 54,01 dollar təşkil etmişdir.
Çərşənbə günü Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel ayının fyuçers qiyməti 0,71 dollar (1,15%) artmış və yekunda bir barelə 62,69 dollar təşkil etmişdir.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026