10:38 - 21.01.2019
21 yanvar, Fineko/abc.az. “TurStat” Analitik Agentliyi Ümumdünya Qar Günü kimi qeyd olunan 20 yanvar 2019-cu il tarixində aparılan internet sorğunun nəticəsi olaraq MDB ölkələrinin ən yaxşı qış kurortlarının siyahısını təqdim etdi.
MDB-nin qış tətilləri üçün ən yaxşı beş kurort şəhərləri arasında Belarus, Qazaxıstan, Azərbaycan, Ermənistan və Qırğızıstandakı kurortların adı çəkilib.
“TurStat”ın verdiyi məlumata görə, səslərin 16%-i Azərbaycandakı Şahdağ və Tufandağ, 23%-i Qazaxıstanda Almatı yaxınlığında yerləşən Şımbulaq, 32%-i Belarusda Minsk vilayətində yerləşən Loqoysk və Silisiçiyə verilib.
Ermənistanda yerləşən Tsaxkadzor 8% səslə və Qırğızıstanın Qaragöl kurortu 6% səslə MDB ölkələrinin ən yaxşı 5 qış kurortlarının siyahısına daxil olub. Özbəkistanda Çimqana 5% səs verilib.
Ümumdünya Qar Günü Beynəlxalq Xizəksürmə İdmanı Federasiyasının təşəbbüsü ilə 2012-ci ildən başlayaraq yanvar ayının son bazar günündən əvvəlki bazar günü qeyd olunur.
8 Avqust 2026
8 Avqust 2026