15:51 - 16.01.2019
16 yanvar, Fineko/abc.az. Azərbaycan Turizm Bürosu, "Azərbaycan Hava Yolları" QSC (AZAL) və Çinin aparıcı turizm şirkəti - ETI-Holidays (Beijing HUAYUAN International Travel Co., LTD) Pekində üçtərəfli anlaşma memorandumunu imzaladılar.
Dövlət Turizm Agentliyinin məlumatına əsasən, memorandumda Pekin-Bakı təyyarə uçuşlarında çinli turistlərin Azərbaycana səfəri və Bakı üzərindən digər ölkələrə səfərinin təşkil edilməsi ilə Bakının tranzit rolunun artırılması nəzərdə tutulur.
“Memoranduma əsasən, “ETI-Holidays” şirkəti Azərbaycanın turizm potensialının təbliğinə və yeni destinasiya brendinin yerli turistlərə tanıdılması işinə dəstək verməyi öhdəsinə götürür”, - məlumatda belə deyilir.
Keçən ilin dekabr ayında Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi açılmışdır.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026