14:54 - 23.11.2026
23 Noyabr, Fineko/abc.az. Süni intellekt və rəqəmsallaşma Azərbaycanın iqtisadi inkişaf gündəliyinin prioritet istiqamətlərindəndir və 2027-ci ildən etibarən innovasiya, startap və texnologiya parklarının rezidentləri üçün 20 ilədək müddəti əhatə edən vergi güzəştləri tətbiq olunacaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İtaliya biznes-forumunda çıxışı zamanı bildirib. Nazirin sözlərinə görə, rəqəmsal transformasiya və innovasiya ekosisteminin gücləndirilməsi məqsədilə ardıcıl dövlət proqramları qəbul edilib.
Təhsil sahəsindəki əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını vurğulayan M.Cabbarov ötən il Bakıda fəaliyyətə başlayan İtaliya-Azərbaycan Universitetinin müasir bilik və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verəcəyini deyib. O həmçinin əlavə edib ki, hazırda Azərbaycandan yüzlərlə tələbə İtaliya universitetlərində təhsil alır.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026