ARDNF İtaliyaya 2,8 milyard dollar investisiya yatırıb

12:20 - 23.11.2026


23 Noyabr, Fineko/abc.az. Azərbaycan  Dövlət Neft Fondu (ARDNF) İtaliya iqtisadiyyatına 2,8 milyard dollar investisiya qoyub ki, bu da Fondun ümumi investisiya portfelinin 4 faizini təşkil edir.

Bu barədə ARDNF-nin icraçı direktorunun müavini Rövşən Cavadov Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində keçirilən plenar sessiyada bildirib.

Onun sözlərinə görə, Fond İtaliyanın suveren fondu "CDP Equity" ilə də tərəfdaşlıq əlaqələri quraraq suveren investisiya əməkdaşlığını genişləndirir.

R.Cavadov əlavə edib ki, ARDNF fəaliyyət göstərdiyi 27 il ərzində 70 milyard dollardan çox vəsaiti idarə edib və bu resurslar 70-dən çox ölkəni əhatə edən şaxələndirilmiş investisiya portfelinə yönəldilib.