15:31 - 19.11.2026
19 noyabr, Fineko/abc.az. Azərbaycanda vergi ödəyicilərinin risk dərəcələrinə əsaslanan skorinq mexanizmi vasitəsilə selektiv yoxlanılması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev "Dövlət-biznes əməkdaşlığı forumu"nda bildirib ki, bu addım inzibati nəzarət yükünü minimuma endirməyə və qanunvericiliyə əməl edən sahibkarları əlavə inzibati tədbirlərdən qorumağa xidmət edir.
Qurum həmçinin müəssisələrin yaradılması, vergi borclarının ödənilməsinin təxirə salınması və xüsusilə az məbləğli borclar üzrə dəstək alətlərinin avtomatik tətbiqi mexanizmlərini təkmilləşdirir.
Vergi rəsmisi vurğulayıb ki, dövlətin güzəştləri və prosedurları sadələşdirməsi fonunda biznes subyektlərindən də əsas gözlənti qanunvericiliyə riayət etmək və yeni iş yerlərini mütləq qaydada rəsmi məşğulluqla təmin etməkdir.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026