15:05 - 23.11.2026
23 noyabr, Fineko/abc.az. Oktyabr ayında ölkədə tikinti indeksi 113,5 səviyyəsinə çatıb ki, bu da sentyabrla müqayisədə 3 faiz, ötən ilin sonundan isə 13,5 faiz artım deməkdir.
Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatına görə, bahalaşma yalnız tikinti materiallarının qiymət artımı ilə bağlı olub, işçi qüvvəsi və texnika icarəsi isə sabit qalıb.
Material üzrə alt indeks 4,6 faiz yüksələrək 117,8-ə çatıb. Xüsusilə taxtanın kubmetri 400 manata, gravil 35 manata, şeben isə 36 manata qalxıb, atsepin qiyməti isə dəyişməyib.
Hesablamaya ilk dəfə daxil edilən gravil ümumi aylıq artımın təxminən üçdə birini formalaşdırıb.
Əmək və texnika xərclərindəki sabitlik göstərir ki, bazardakı xərc təzyiqi birbaşa xammal təminatından qaynaqlanır.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026