Türkiyənin biotexnologiya şirkəti Azərbaycanda filial açıb

14:21 - 20.11.2026


20 noyabr, Fineko/abc.az. Türkiyənin oynaq sağlamlığı və tibbi texnologiyalar sahəsində fəaliyyət göstərən “Greentech Biyoteknoloji” şirkəti Bakının Nərimanov rayonunda rəsmi filialını qeydiyyatdan keçirib və qanuni təmsilçisi Teymur Abdullayev təyin olunub.

Şirkətin baş direktoru Kadir Gökbakanın sözlərinə görə, ilkin mərhələdə yerli komanda qurmaq və tərəfdaşlarla işləmək, gələcəkdə isə əlverişli coğrafi mövqeyinə görə Azərbaycanı şimal bazarlarına çıxış üçün regional mərkəzə çevirmək planlaşdırılır.

Qeyd edək ki, 2020-ci ildə qurulan və ortopediya, idman cərrahiyyəsi, PRP sistemləri üzrə ixtisaslaşan şirkət artıq yerli “Medline Group” MMC ilə də birgə layihələr və investisiyalar üzrə əməkdaşlığa başlayıb.