15:31 - 23.11.2026
23 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxsləri ilə görüş keçirib.
AMB-nin yaydığı məlumata əsasən, tədbirdə qurumun yeni inkişaf strategiyası, sığorta bazarında risk əsaslı tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və sığortaçıların maliyyə dayanıqlılığının artırılmasına yönəlmiş təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı həmçinin sığorta sektorunun cari ilin ilk 9 ayı üzrə fəaliyyət nəticələri təhlil edilib, qlobal makroiqtisadi trendlər, bazarın qarşısında duran mövcud çağırışlar, inkişaf perspektivləri və növbəti mərhələdə icrası nəzərdə tutulan strateji prioritetlər ətraflı şəkildə müzakirə olunub.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026