Bakıdakı bu zavod yenidən qurulacaq

14:15 - 23.11.2026


23 noyabr, Fineko/abc.az. "Suraxanı Maşınqayırma Zavodu" ASC-nin ərazisində sahədaxili su kəməri şəbəkəsinin, yağış sisteminin, kanalizasiya sisteminin yenidənqurması işləri həyata keçiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Suraxanı Maşınqayırma Zavodu" ASC bununla bağlı işlərə start verir.

Layihənin 782 min 394 manata başa gələcəyi nəzərdə tutulur.