14:32 - 23.11.2026
23 Noyabr, Fineko/abc.az. Qlobal hedc-fondlar 20 noyabrda başa çatan həftə ərzində texnologiya səhmlərində yaşanan kəskin satış dalğası fonunda 3 faizdən çox itki verib.
“JPMorgan”ın hesabatına əsasən, bu, tarif böhranının bazarları sarsıtdığı 2025-ci ilin aprelindən bəri qeydə alınan ən böyük həftəlik enişdir və fondların noyabr ayı üzrə orta itkisini 4 faizə yüksəldib.
"Nvidia" böhranı və "Anthropic"in "Nasdaq"dakı qeyri-sabit debütündən sonra yarımkeçirici və süni intellekt (AI) səhmlərində başlayan satışlar nəticəsində "Nasdaq Composite" indeksi 10 faiz, "Nvidia" 23 faiz, Tayvan birjası 17,5 faiz, Cənubi Koreyanın "Kospi" indeksi isə 8 faiz ucuzlaşıb.
“Goldman Sachs” 5,1 trilyon dollarlıq mövqeyə malik 1 001 hedc-fondun məlumatlarına istinadən bildirir ki, fondlar riskləri azaldaraq AI sektorundan maliyyə, sənaye, səhiyyə və istehlak malları səhmlərinə yönəlirlər. Bununla belə, investisiya bankları bazarda satış dalğasının hələ tam başa çatmadığını ehtimal edirlər.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026