16:27 - 19.11.2026
19 noyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə məxsus işlik oduncaq materialları satışa çıxarılır.
Hərrac dekabrın 23-də saat 10:00-da Bakıda, Əmlak Xidmətləri Məkanında (Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcək.
Ümumilikdə 38 lotun təqdim edildiyi hərracda Lənkəran, Şabran, Quba, Şamaxı, Şəki, Zaqatala, Göygöl, Şəmkir və Qəbələ rayonlarında saxlanılan materiallar yer alır.
Ağacların 1 kubmetrinin ilkin qiyməti növündən və ərazisindən asılı olaraq 68–152 manat arası dəyişir. Belə ki, palıd 149–152, fıstıq 148–152, şam 82, qovaq isə 68–71 manatdan təklif olunur.
Siyahıda ağcaqayın, göyrüş, yalanqoz, qızılağac, vələs, akasiya, tut və gilas oduncaqları da var. Lotların başlanğıc qiyməti 10,66 manatdan 7 879,18 manatadək (Şabrandakı 52,18 kubmetrlik fıstıq partiyası) yüksəlir.
İştirak etmək istəyənlər hərraca ən geci 3 bank günü qalmış sənədləri təqdim etməli və ilkin qiymətin 10%-i həcmində beh ödəməlidirlər. Qeyd edək ki, işlik oduncaq tikinti və mebel istehsalında əsas xammal kimi istifadə olunur.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026