15:17 - 23.11.2026
23 noyabr, Fineko/abc.az. Material bazarındakı qiymət artımı yaşayış binalarının tikinti xərclərinə birbaşa təsir göstərib.
Azərbaycan Qiymətləndiricilər Palatasının hesablamalarına əsasən, 10 min kvadratmetr sahəsi olan çoxmərtəbəli binanın torpaqsız tikinti maya dəyəri bir ayda 2,8 faiz artaraq kvadratmetr üçün 420,8 manata yüksəlib.
Nəticədə 100 kvadratmetrlik mənzilin xam tikinti xərci 40,9 min manatdan 42,1 min manata çatıb.
Tam təmirli və istismara hazır vəziyyət üzrə indikativ dəyər isə kvadratmetr üçün təxminən 875 manat qiymətləndirilir. Palata bildirir ki, bu rəqəmlərə torpaq, ƏDV, liftlər, kommunal qoşulmalar və satış xərcləri daxil olmadığı üçün maya dəyərini bazar satış qiyməti ilə eyniləşdirmək olmaz.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026