​Azərbaycan qiymətli metalların ixracını 1,6 milyard manata çatdıracaq

12:17 - 23.11.2026


23 noyabr, Fineko/abc.az. ​Azərbaycanda dağ-mədən sənayesinin inkişafı və qiymətli metalların hasilatının artırılması istiqamətində mühüm hədəflər müəyyənləşdirilib.

Prezident İlham Əliyevin 23 sentyabr 2026-cı ildə təsdiqlədiyi müvafiq Dövlət Proqramı çərçivəsində ölkədə mis, qızıl və gümüş hasilatının genişləndirilməsi nəzərdə tutulur.

Proqrama əsasən, bu üç metal üzrə ümumi illik ixrac həcminin 2025-ci ildə qeydə alınan 600 milyon manatdan 2030-cu ildə 1,6 milyard manata çatdırılması planlaşdırılır. Qeyd olunur ki, sözügedən ixrac artımı ilə bağlı proqnoz göstəriciləri 2025-ci ilin orta dünya qiymətləri əsasında hesablanıb.

©Banker