Dövlət büdcəsinə mənfəət vergisi daxilolmaları 2,8% artıb

16:08 - 20.11.2026


20 noyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, Azərbaycanda hüquqi şəxslər 2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 5 milyard 540 milyon manat mənfəət vergisi ödəyiblər.

Hüquqi şəxslərin mənfəət vergisi üzrə büdcə daxilolmaları 2025-ci ilin eyni dövrü ilə müqayisədə 149,7 milyon manat və ya 2,8% artıb (ötən ilin yanvar-sentyabr aylarında bu rəqəm 5 milyard 390,3 milyon manat olmuşdu).

Mənfəət vergisinin dövlət büdcəsinin ümumi gəlirlərində payı 0,4 faiz bəndi artaraq 18,5%-dən 18,9%-ə yüksəlib, ümumi daxili məhsula nisbəti isə 5,7%-dən 5,4%-ə enib.

Mövcud qanunvericiliyə əsasən, mənfəət vergisinin ödəyicisi olan hüquqi şəxslər vergi tutulan gəlirlərlə həmin gəlirlərin əldə edilməsi üçün çəkilən və gəlirdən çıxılmasına icazə verilən xərclər arasındakı fərqdən 20% dərəcə ilə vergi hesablayır, il ərzində rübdə bir dəfə cari vergi ödənişlərini dövlət büdcəsinə köçürür, hesabat ili üzrə bəyannaməni isə növbəti ilin martın 31-dən gec olmayaraq təqdim edərək büdcə ilə yekun hesablaşmanı aparırlar.