15:08 - 30.10.2026
30 Oktyabr, Fineko/abcnews. Britaniyanın neft-qaz giqantı "BP" neft emalı marşalarının kəskin artması və ticarət əməliyyatlarının dəstəyi ilə 2026-cı ilin üçüncü rübündə xalis mənfəətini 8,46 milyard dollara çatdıraraq son 18 ilin rekordunu vurub.
Şirkətin maliyyə hesabatına əsasən, ötən ilin analoji dövründə 2,21 milyard dollar mənfəət əldə edən konsern, analitiklərin 7,3 milyard dollarlıq gözləntilərini üstələyib. Mənfəətin yarıdan çoxunu (4,8 milyard dollar) neft emalı və ticarəti həyata keçirən "Müştəri və Məhsullar" bölməsi təmin edib. Şirkətin marja göstəricisi barrel üçün 29,60 dollardan 46,70 dollara sıçrayıb, net borcu isə 22,3 milyard dollardan 13,87 milyard dollara geriləyib.
BP-nin baş icraçı direktoru Meq O’Nill xüsusilə emal sektorunda rekord göstəricilər əldə edildiyini vurğulayıb.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026