Mərkəzi Bank neftin qiyməti üzrə proqnozunu açıqladı: Bu il 92,8 dollar gözlənilir

11:39 - 29.10.2026


29 oktyabr, Fineko/abcnews. Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il üçün 1 barel neftin orta qiymətinin 92,8 ABŞ dolları olacağını proqnozlaşdırır.

Bu barədə keçirilən mətbuat konfransında AMB-nin sədri Taleh Kazımov bildirib.

Baş tənzimləyicinin rəhbəri əlavə edib ki, 2027-ci il üçün isə neftin 1 barelinin orta qiymətinin 82,8 ABŞ dolları səviyyəsində olacağı gözlənilir.