12:31 - 30.10.2026
30 oktyabr, Fineko/abc.az. Beynəlxalq neft məhsulları bazarında yaranan fasilələr Qırğızıstanı alternativ yanacaq mənbələri və tədarük marşrutları axtarmağa vadar edir. Əvvəllər ölkə yanacaq-sürtkü materiallarının (YSM) təxminən 95%-ni Rusiyadan idxal edirdi. Lakin təklifin azalması və logistikanın çətinləşməsi qıtlıq riskini artırıb.
Qırğızıstan Neft Tacirləri Assosiasiyasının prezidenti Kanatbek Eşatovun sözlərinə görə, şirkətlər Türkmənistan, Azərbaycan, Belarus, Türkiyə və Avropa ölkələrindən yanacaq almağa başlayıblar. Bununla belə, alternativ tədarüklər əlavə nəqliyyat və maliyyə xərcləri tələb edir.
Hazırda Aİ-92 benzininin bir litri təxminən 89 som təşkil edir, lakin onun maya dəyəri 30–32 som daha yüksəkdir. Pərakəndə qiymətlərin artmasının qarşısını almaq üçün fərqi dövlət subsidiyalar hesabına ödəyir.
Qırğızıstanda təxminən 40 idxalçı şirkət fəaliyyət göstərir. Ölkənin aylıq tələbatını təmin etmək üçün onlara ən azı 100 milyon dollar dövriyyə vəsaiti lazımdır.
Eyni zamanda, Qazaxıstan vasitəsilə tədarüklə bağlı danışıqlar aparılır. Rusiya şirkətləri yanacaq ixracını davam etdirir və hesablaşmalar milli valyutalarla həyata keçirilir. Azərbaycanla əməkdaşlıq da genişləndirilir, lakin tədarük həcmləri hələlik azdır və əsasən mövsümi xarakter daşıyır.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026