"Shell"in 3-cü rüb üzrə xalis mənfəəti iki dəfə artaraq 10,8 milyard dollara çatıb

16:22 - 29.10.2026


29 Oktyabr, Fineko/abcnews. Qlobal enerji nəhəngi "Shell" 2026-cı ilin üçüncü rübündə 10,81 milyard dollar xalis mənfəət əldə edərək bazarın gözləntilərini (10,33 milyard dollar) üstələyib.

Şirkətin maliyyə hesabatına əsasən, bu göstərici 2025-ci ilin analoji dövrü ilə müqayisədə (5,43 milyard dollar) 99% (iki dəfə) çoxdur. Mənfəətin 3,19 milyard dolları neft və qaz hasilatının , 3,04 milyard dolları isə inteqrasiya olunmuş təbii qaz seqmentinin payına düşüb.

Mənfəətin kəskin artmasına neft emalı marşalarının yüksəlməsi və durulaşdırılmış təbii qazın (LNG) bahalaşması təsir edib. Şirkətin baş icraçı direktoru Vael Savan  güclü maliyyə nəticələri fonunda növbəti 3 ay ərzində 5 milyard dollarlıq səhm geri alımı proqramının başladılacağını elan edib.