16:19 - 23.09.2026
23 Sentyabr, Fineko/abc.az. Sentyabr ayının əvvəlində "GPT-6 Astra" modelini təqdim edən "OpenAI" şirkəti indi də onun daha kiçik və ucuz versiyaları olan "GPT-6 Sol" və "GPT-6 Luna" modellərini istifadəyə verib.
Şirkətdən bildirilib ki, "Sol" modeli proqramlaşdırma və mürəkkəb kodlaşdırma tapşırıqları üçün, "Luna" isə sənədlərin xülasəsi, məlumatların çıxarılması və rutin büro işləri kimi yüksək həcmli tapşırıqlar üçün nəzərdə tutulub.
Yenilənmiş 6-cı seriya modelləri "GPT-5.6" nəslinə nisbətən 50% daha ucuz API qiymətləri ilə təklif olunur. Qiymətlərin iki dəfə aşağı salınması keşləmə və çıxarış proseslərinin optimallaşdırılması hesabına mümkün olub. Bundan əlavə, yeni modellər faktoloji dəqiqliyin artırılması və kodlaşdırma zamanı xətaların minimuma endirilməsi ilə fərqlənir.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026